Kiçik Akademiyanın Eko Klubla əməkdaşlığı

   Məktəbdə fəaliyyət göstərən “Kiçik Akademiyanın incəsənət bölməsi fəaliyyət planına əsasən “Sağlam qidalar və təhlükəli qidalar kiçik rəssamların gözü ilə” layihəsinə start vermişdir. Məktəbdaxili layihənin mərhələlərinə uyğun olaraq təsviri incəsənət müəllimi Əlizadə Nərminin təşəbbüsü ilə kiçik rəssamlarımız dərsdənkənar Xəzər rayonu A.S.Makarenko adına Humanitar Fənlər Təmayyüllü Respublika Gimnaziyasında fəaliyyət göstərən “Eko Klub” un üzvləri ilə əməkdaşlıq etdilər. Hər iki məktəbin şagirdləri birlikdə müxtəlif təcrübələr apardılar. “Sağlam qidalanma və sağlam həyat” mövzusunda tədqiqat işlərini nümayiş etdirdilər. Kiçik rəssamlarımız “Sağlam qida” mövzusuna uyğun olaraq layihənin mövzusuna dair öz eskizlərini təqdim etdilər. Layihədə Kiçik Akademiyanın rəhbəri Əliyeva Samirə və Gimnaziyada fəaliyyət göstərən “Eko Klub” rəhbəri Babayeva Mehin çıxış edərək şagirdlərə uğurlar arzuladılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi