Zooloji muzeye şagirdlərin ekskursiyası

Şagirdlərimizin AMEA Zoologiya İnstitutunun Zooloji Muzeyinə ekskursiyası təşkil olunub.
Şagirdlər ekspozisiya fondunda sərgilənən Azərbaycan və dünya faunasına aid olan növlər, onların ekoloji xüsusiyyətləri ilə tanış olublar. Şagirdlərə həmin növlərin qorunması istiqamətində görülən işlər barədə də məlumat verilib.
Belə ekskursiyalar şagirdlərə orta məktəblərdə tədris olunan fənn proqramının daha rahat mənisəniməsinə kömək edir.