"Suveren ölkənin ekoloji dəyərləri"

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əmrinə əsasən məktəbimizdə "Suveren dövlətin ekoloji dəyərləri” layihəsinə start verilib.
Bu məqsədlədə məktəbin "Kiçik Akademiya" rəhbəri Bilurə Əliyeva, fənn müəllimi Vəfa Mustafayevanın təşkilatçılığı ilə "Eko dost" adlı maarifləndirici tədbir keçirilib.
Tədbirin keçirilməsində məqsəd məktəblilərin ekoloji maarifləndirilməsi, onların bu sahə üzrə biliklərinin və tədqiqatçılıq bacarıqlarının artırılması, istedadlı və yaradıcı şagirdlərin aşkara çıxarılmasından ibarət olub.
Şagirdlər məktəbin həyətini tullantılardan təmizləmiş , ağaclara qulluq göstərmiş , gül və digər yaşıllıq zolaqları salıblar.