Nağıllar aləminə səyahət

30 may 2025-ci il tarixdə məktəbdə 1 iyun- "Uşaqların Beynəlxalq Müdafiəsi Günü" nə həsr olunmuş "Zəhranın arzusu" nağıllar qəhrəmanlarının bir araya gəldiyi sehirli tamaşa təşkil olunub. 

Tamaşada məktəb rəhbərliyi, müəllimlər və şagirdlər iştirak ediblər. 

İlk olaraq məktəbin direktoru Xoşqədəm Məmmədova tamaşa iştırakçılarını salamlayıb, onlara nağılların xalq poetik yaradıcılığının ən qədim, populyar nümunələri kimi böyük tərbiyəvi əhəmiyyəti barəsində danışıb. Vurğulayıb ki, nağıllar bütün zamanlarda yaranan ədəbiyyat və incəsənət əsərlərinin mayası, qaynağı, bir çox hallarda isə özülü olub.

Sonra uşaqların ifasında tamaşa nümayiş olunub.

Bu sehirli səhnədə Cirtdan, Küpəgirən qarı, Zəhra, Zəhranın anası, Məlikməmməd, Qırmızı papaq, Tık-tık xanım, Qoğal və Tülkü rollarında şagirdlər personajları məharətlə canlandırıblar.

Nümayiş edilən səhnəciklər hər kəsdə xoş təəssürat yaradıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi