Valideyn- övlad münasibətlərinin uşaqların sosial- emosianal inkişafında mühüm rolu

Məktəbin psixoloqları Aytən Məmmədova və Zülfiyyə Məsimova "Ailəm və məktəbim" layihəsi çərçivəsində "Valideyn-övlad münasibətlərinin uşaqların sosial-emosional inkişafında mühüm rolu" başlığı altında maarifləndirici seminar təşkil ediblər.

Valideynlərlə təşkil olunmuş seminarda "Biz övladlarımızla düzgün ünsiyyət qurmağı bacarırıqmı?" sualı ətrafında müzakirələr aparılıb, Məktəb- sosiumun bir hissəsi kimi, məktəb-şagird-valideyn üçbucağının əhəmiyyəti, konfliktlər və onların həll yolları, uşaqların yaş xüsusiyyətləri və aparıcı fəaliyyət növləri, ailə tipləri və növündən asılı olaraq uşaqların davranışları, sosial bacarıqları və şəxsiyyətlərinin inkişafındakı təsirləri, telefon asılılığı və sosial şəbəkələrin uşaqların psixi-emosional sferasına mənfi və müsbət təsirləri və s. məsələlər barədə maarifləndirici söhbət aparılıb.

  Seminarın məqsədi cəmiyyətin təməlini təşkil edən ailələrlə ümumi təhsil müəssisələri arasında səmərəli əməkdaşlığa təşviq etmək, ailə-məktəb münasibətlərinin sağlam pedaqoji, psixoloji əsaslar üzərində, qarşılıqlı hörmət və əməkdaşlıq əsasında qurulması işinə dəstək verməkdən ibarətdir. Seminarın sonunda valideynlərin fikirləri və sualları dinlənilib, geniş diskusiya aparılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi