"Bəşəriyyətin Zəfəri" adlı tədbir

BŞTİ- nin 15 aprel 2025-ci il tarixli 3-29-59/2-1652/2025 əmrinə əsasən "Konstitusiya və Suverenlik Ili" ilə əlaqədar məktəbin tədbirlər planı hazırlanaraq təsdiq olunub. 

Tədbirlər planına əsasən 20 may 2025- ci il tarixində məktəbimizdə "Bəşəriyyətin Zəfəri" adlı tədbir keçirilib.

Tədbirdə məktəbin direktoru Xoşqədəm xanım Məmmədova, Binəqədi Rayon İcra Hakimiyyətinin nümayəndəsi Leyla xanım Quliyeva, məktəbin pedaqoji kollektivi və şagirdlər iştirak ediblər.

Tədbirdə ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra Ümummilli Lider Heydər Əliyev və Azərbaycanın Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Binəqədi Rayon İcra Hakimiyyətinin nümayəndəsi Leyla xanım Quliyeva mövzunun əhəmiyyətindən danışıb. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış Azərbaycan Respublikasının ilk Konstitusiyasının ölkəmizdə genişmiqyaslı islahatların əsasını təşkil etməsindən, Prezident İlham Əliyevin güclü siyasəti nəticəsində suverenliyimizin bərpasından bəhs edib.

Məktəbin tarix müəllimi Fəridə Osmanova 1995-ci il noyabrın 12-də Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul olunması ilə ölkəmizdə genişmiqyaslı qanunvericilik və institusional islahatların əsasının qoyulduğunu bildirib.

Eyni zamanda, İkinci Qarabağ müharibəsində əldə olunmuş tarixi Zəfər və 2023-cü il sentyabrın 19–20-də həyata keçirilmiş lokal xarakterli antiterror əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edildiyini vurğulayıb.

Tədbirdə şagirdlər şeirlər, səhnəciklər, mahnılar ifa ediblər. 

Daha sonra qonaqlar Vətənpərvərlik mövzusunda şagirdlərin əl işlərindən ibarət sərgiyə baxış keçirdiblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi