"Gəmi muzeyinə" ekskursiya

Məktəbin ibtidai sinif müəllimi Günay Qədirovanın təşkilatçılığı ilə şagirdlərin "Gəmi muzeyi"nə ekskursiyası təşkil olunub.
Gəzintidə məktəblilər bələdçinin müşayəti ilə dünyanın ilk tanker-muzayinin zallarını gəzib, gəmiçiliyə aid olan eksponatlarla yaxından tanış olublar. Şagirdlər Xəzərin və ölkəmizdə gəmiçiliyin tarixi, qəhrəman dənizçilərimizin rəşadətli əməyi ilə yaxından tanış olublar.
Şagirdlərimiz gəmi muzeyinə ekskursiyadan xoş təəssüratlarla ayrılıblar.