Intellektual yarışma

Məktəbin tarix müəllimi Bilurə Əliyeva və Kiçik Akademiya" üzvlərinin təşkilatçılığı ilə VII sinif şagirdləri arasında "Konstitusiya və Suverenlik İli" nə həsr olunmuş intellektual yarışma keçirilib.
Yarışda ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Yarışda 4 komanda "Şuşa", "Zəfər", "Xankəndi" və "Qarabağ" komandaları biliklərini sınayıblar.
Qalib komanda Qarabağ komandası olub. Şagirdlərimizə uğurlar arzu edirik.