Sağlam nəsil, parlaq gələcək

Sağlam nəsil parlaq gələcək layihəsinin keçirilməsi ilə əlaqədar məktəbin tədbirlər planı hazırlanaraq təsdiq olunub.
Tədbirlər planına əsasən məktəbdə bir sıra silsilə tədbirlər təşkil olunub.
Məktəbin fiziki tərbiyə müəllimi Elnora İbrahimbəylinin təşkilatçılığı ilə idmanın müxtəlif növləri üzrə şagirdlərə ətraflı məlumat verilib. Tədbirin keçirilməsində əsas məqsəd şagirdlərin fəal və sağlam həyat tərzinin təbliğ edilməsi, gənclərin zərərli vərdişlərlə bağlı maarifləndirməsindən ibarətdir