BSQ - lər müzakirə edilib

Bu gün məktəbin direktoru Xoşqədəm Məmmədovanın təşkilatçılığı ilə məktəbin fənn birləşməsi rəhbərləri ilə görüş keçirilib.
Görüşdə ikinci yarımildə keçirilən BSQ qiymətləndirmə materialları müzakirə edilib. Yazılan sualların II yarımildə hər bir fənn üzrə reallaşdırılan standartlar əhatə etməsi üzərində dayanılıb. Testlərdə qapalı suallarla yanaşı açıq sualların olmamasına diqqət yetirilib, eyni zamanda test tapşırıqlarının sayı da müzakirə olunub.