Oxu Günü

Bu gün məktəbin kitabxana müdiri İlahə Babayevanın təşkilatçılığı ilə məktəb kitabxanasında 23 aprel Oxu günü keçirilib.
YUNESKO-nun 1996-cı il tarixli qərarı ilə bütün dünyada 23 Aprel Oxu günü kimi qeyd edilir. Oxu günü uşaq və gənclərin elmə təhsilə kitaba marağının artırılması və onların inkişaf etdirilməsi məqsədi daşıyır.
Tədbir zamanı C.Məmmədquluzadə, A. Şaiq, Nəcəfbəy Vəzirov, Bəxtiyar Vahabzadənin və s. yazıçıların kitabları təhlil edilib.
V-VII sinif şagirdləri kitab və mütaliə haqqında hikmətli sözlər nümayiş etdiriblər.