Erkən nikaha yox deyek

Məktəbin həkimi Ülviyyə Şamilova, psixoloqlar Zülfiyyə Məsimova və Aytən Məmmədovanln iştirakı ilə VIII siniflərin qız şagirdləri ilə reproduktiv sağlamlıq mövzusuna dair "Erkən nikaha yox deyək" başlığı altında seminar məşğələ təşkil olunub.
Məşğələdə 1992-ci ildə ratifikasiya edilmiş Uşaq Hüquqları Konvensiyasının bəndlərindən, erkən nikahların gətirdiyi mənfi nəticələrdən, qadın və qızların təhsil hüququnun əlindən alınmasından, sosial-iqtisadi, sosial-psixoloji, mənəvi-psixoloji problemlərdən, qadının tamamilə qarşı tərəfdən asılı hala düşməsindən, ailədə qərarvermə prosesində daha az iştirak etməsindən danışılıb. Həmçinin erkən hamiləlik və doğuş riskləri və mənfi nəticələri, erkən hamiləliklə bağlı daha çox təsadüf edilən sağlamlıq problemləri, hamiləliklə bağlı hipertoniya, anemiya, pre-eklampsiya, doğuşdan sonra depressiya, çanağın fiziki yetişkənliyinin başa çatmaması səbəbilə obstruksiya, ləng doğuş və qanaxmalar, doğuş zamanı ölüm riskinin çox olması barədə də geniş məlumatlar şagirdlərin diqqətinə çatdırılıb. Sonda şagirdlərin sualları cavablandırılıb.