Şahinlərin yarışa psixoloji hazırlığı

Məktəbin Çağırışaqədərki Hərbi Hazırlıq rəhbəri Emin Əliyev və psixoloq Aytən Məmmədova məktəbin "Şahinlər" Hərbi İdman Oyunlarına hazırlaşan şagirdləri ilə yarış öncəsi görüş təşkil ediblər.
Görüşün əsas məqsədi "Şahinlər"in yarışa psixoloji hazırlığı olub.
Psixoloq Aytən Məmmədova idmanla məşğul olmağın yeniyetmələrin həyatındakı mühüm rolundan, yarışlarda qələbə və məğlubiyyətin birbaşa psixoloji faktorla bağlı olmasından, özünəinamın əhəmiyyətindən, şəxsiyyətlərarası münasibətlər, idmançı-məşqçi münasibətlərinin tənzimlənməsindən, potensialın müəyyənləşdirilməsinin vacibliyindən və s. önəmli məsələlər barədə danışıb.Həmçinin
şagirdlər arasında vətənpərvərlik ruhunun yüksəldilməsi, komanda ilə işləmə bacarıqlarının inkişaf etdirilməsi və fiziki hazırlıq səviyyəsinin artırılması istiqamətində də psixoprifilaktik söhbət edilib.
"Şahinlər" Hərbi-İdman oyunlarının keçirilməsində əsas məqsəd gənc nəslin hərbi vətənpərvərlik tərbiyəsinə diqqət və qayğının daha da artırılması, həmçinin şagirdlərin hərbi xidmətə hazırlanmasında köməkliyin göstərilməsidir.