Suraxanı Gəmi Muzeyine ekskursiya

Məktəbin ibtidai sinif müəllimi Fidan Cəfərbəyli və rəhbərlik etdiyi 3C sinfi "Tusi-Bohm Planetarium" və "Suraxanı Gəmi muzeyi"nə ekskursiyası təşkil olunub.

Ekskursiyanın istiqamət cədvəlinə əsasən əvvəlcə Planetariumda "Kosmik Toqquşmalar " adlı informativ qısametrajlı film izlənilib. Tamaşaçı zalının tavanında nümayiş olunan film şagirdlər üçün olduqca maraqlı və maarifləndirici olub.

Daha sonra bələdçinin rəhbərliyi altında dünyanın ilk Tanker Gəmi muzeyində vaxt keçirmişlər və burada gəmiçilik tarixi, tərsanə, müxtəlif lövbərlər, hərbi gəmilər, gəmiçilik bayraqları, kapitan geyimləri haqqında xeyli məlumatlar əldə etmiş, dənizdən çıxarılan meduza çanaqları, dəniz atı və başqa maraqlı eksponatlar ilə tanış olmuşlar. Elektron masada gəmiləri hərəkət etdirib sahilə yanaşdırma oyunu oynayaraq əylənərək öyrəniblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi