IX sinif valideynləri ilə maarifləndirici seminar

Məktəbin psixoloqları Aytən Məmmədova və Zülfiyyə Məsimova buraxılış imtahanına hazırlaşan IX sinif şagirdlərinin valideynləri ilə maarifləndirici seminar təşkil ediblər.

Valideynlərə ilk öncə imtahan həyəcanı nədir, onun əlamətləri hansılardır, imtahan həyəcanı imtahan nəticəsinə necə təsir göstərir, stressi aradan qaldırmağın yolları, imtahan öncəsi mənfi və müsbət düşüncələr hansılardır, düşüncələrimizi müsbətə doğru necə dəyişə bilərik, hansı hallar imtahan zamanı diqqətin yayınmasına və fikrin cəmlənməsinə mane ola bilər, diskomfort yaradan geyimlərdən istifadə etməmək, düzgün qida və yuxu rejiminə əməl etmək və s. məsələlər barədə ətraflı danışılıb. Bildirilib ki, imtahan həyəcanı , imtahandan əvvəl və ya imtahan zamanı müşahidə olunan qorxu və narahatlıqlar şəklində ifadə olunur, imtahan zamanı müşahidə olunan bu səbəbdən dolayı şagird öyrəndiyi məlumatları imtahan zamanı unudur. Bu vəziyyət daha çox əvvəlki sınaq imtahanlarında uğursuz nəticə ilə qarşılaşan şagirdlərdə daha çox görülür. Həmçinin valideynlərlə motivasiyaedici söhbətlər aparılıb, imtahan həyəcanının psixoloji, fizioloji, emosional əlamətləri barədə geniş məlumatlar verilib, valideyn-övlad münasibətlərinin düzgün qurulması, imtahan öncəsi uşaqlarına psixoloji dəstək istiqamətində tövsiyyələr verilib. 

    Daha sonra " İntiharın profilaktikası", "Yeniyetmələrin yaş xüsusiyyətləri", "Cinsi tərbiyə və məhrəmiyyət", " Reproduktiv sağlamlıq", "Bullinqlə mübarizə" mövzularında valideynlərlə geniş söhbətlər aparılıb, sualları cavablandırılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi