"Şikayət və təkliflər" qutusuna baxış

Fəaliyyət planına əsasən ünsiyyət çətinlikləri olan şagirdlərin öz problemlərini rahat şəkildə ifadə edə bilmələri üçün məktəbin "Şikayət və təkliflər" qutusu hazırlanıbdır.
Şagirdlər mütəmadi olaraq öz irad və təklifləri barədə məktublar yazırlar. Şagirdlərin məktubları yoxlanılır, irad və təklifləri nəzərə alınır. Daha sonra məktəbin direktoru Xoşqədəm Məmmədova şikayətlər əsasında həmin sinifin rəhbəri ilə söhbətlər aparır. Valideynlər məktəbə dəvət olunur, problemlər barədə məlumatlandırılırlar. Problemlərin həlli istiqamətində müvafiq tədbirlər görülür.