Reproduktiv sağlamlıq nədir

"Ümidli Gələcək" Gənclər İctimai Birliyinin nümayəndəsi Bənövşə Tağıyeva və məktəb rəhbərliyinin birgə təşkilatçılığı ilə VI sinif qızları ilə "Reproduktiv Sağlamlıq" mövzusunda maarifləndirici görüş keçirilib.

Görüşün əsas məqsədi gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması, və

möhkəmləndirilməsi, erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə qaydasından irəli gələn məsələlər barədə şagirdləri məlumatlandırmaq olub. Məktəbin tərbiyə işləri üzrə direktor müavini Vüsalə Rəcəbova, psixoloqlar Zülfiyyə Məsimova və Aytən Məmmədova görüşdə çıxış edərək müəyyən məsələlərə toxunublar. Bənövşə Tağıyeva öz çıxışında "Yetkinlik-Mənim yeni statusum", " "Yetkinlik dövründə baş verən emosional dəyişikliklər", "Cinsi yetişkənlik- qız və oğlanların yetkinliyə keçid dövrüdür", "Gigiyena qaydaları", "Sağlam qidalanma və yuxu rejimi" mövzuları ətrafında danışıb, şagirdlərin fikirlərini dinləyib. Sonda sorğu aparılıb. Şagirdlərin cavabları əsasında onları düşündürən məsələlər, problemlər müəyyənləşdirilib. Görüşdə 41 nəfər qız şagird iştirak edib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi