Milli dəyərlərimiz bədii ədəbiyyatda

Bu gün məktəbin kitabxana müdiri İlahə Babayeva şagirdlər ilə birlikdə "Milli dəyərlərimiz bədii ədəbiyyatda" adlı layihə həyata keçiriblər.
Məktəb kitabxanasında həyata keçirilən layihə şagirdlər tərəfindən marağa səbəb olub. Onlar hər biri milli dəyərlərimiz əks olunan bədii əsərlərimizdən nümunələr təqdim ediblər. Şagirdlərimizin də təqdimatından bir daha dəyərlərimizin kökünün keçmişə dayandığını zəngin mənəvi keyfiyyətlərə sahib olduğunu görmüş olduq. Azərbaycan xalqı hər zaman milli dəyərlərə sadiqliyini göstərib, bu dəyərləri əsrlərlə yaşadaraq onu inkişaf etdirib. Tarixin hər bir dövründə ölkəmizdə milli dəyərlərimizin qorunması və onun gələcək nəsillərə çatdırılması ən əsas məsələlərdən biridir.
Azərbaycançılığın əsas atributlarından biri dövlətçilik, digəri isə milli-mənəvi dəyərlər hesab edilib.