"Zəfərin ilk qığılcımı" adlı tədbir

Bu gün məktəbin tarix müəllimi Bilurə Əliyeva və "Kiçik Akademiya" üzvlərinin iştirakı ilə Aprel döyüşlərinə həsr olunmuş "Zəfərin ilk qığılcımı" adlı tədbir keçirilib.
Tədbirdə ilk olaraq vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra B.Əliyeva çıxışında qeyd edib ki, Aprel döyüşləri 2020-ci ildə qazandığımız böyük Zəfəri şərtləndirən əsas amillərdən biri idi. İstər Aprel döyüşləri, istər 44 günlük İkinci Qarabağ müharibəsi Azərbaycan xalqında torpaq, Vətən sevgisinin nə qədər böyük olduğunu ortaya qoydu.
Sonda Aprel döyüşlərinə həsr olunmuş videoçarx nümayiş etdirilib.