“Aprel döyüşləri – tariximizin şanlı səhifəsi” adlı xüsusi dərs

Aprel döyüşlərinin ildönümü ilə əlaqədar 4A sinfində müəllim Səadət Adnalıyevanın təşkilatçılığı ilə “Aprel döyüşləri – tariximizin şanlı səhifəsi” adlı xüsusi dərs təşkil olunub.
Dərsdə ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib daha sonra vətənimizin ərazi bütövlüyü uğrunda qəhrəmancasına döyüşərək şəhid olmuş igid oğullarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Şagirdlərə Aprel döyüşləri ilə əlaqədar videoçarx nümayiş olunub. Aprel döyüşləri "Böyük zəfərə gedən yolun başlanğıcı" kimi şagirdlərin diqqətinə çatdırılıb.