XI sinif şagirdləri ilə görüş

Bu gün məktəbin direktoru Xoşqədəm Məmmədova XI sinif şagirdləri ilə "Şagird Davranış Qaydaları" mövzusunda söhbət aparıb.

 Görüş zamanı şagirdlərə məktəbdaxili qaydalar, nizam-intizam, davamiyyət və punktuallığın əhəmiyyəti və sağlam ünsiyyətin prinsipləri izah edilmiş, onların sualları cavablandırıb. Həmçinin şagirdlərlə diskussiya aparılıb, psixoloji inkişafı təmin etmək məqsədilə şagirdlərə tövsiyələr verilib.       

Bu kimi söhbətlərin təşkil olunmasında əsas məqsəd şagird və məktəb arasında sağlam mənəvi-psixoloji mühit yaratmaq və dərsə davamiyyətin yüksək səviyyədə təmin edilməsindən ibarət olub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi