Sinif rəhbərlərinin iclası keçirilib

Məktəbdə növbəti sinif rəhbərləri ilə iclas keçirilib.
İclasda məktəbin direktoru, təlim - tərbiyə işləri üzrə direktor müavini, uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işləri üzrə təşkilatçı, psixoloqlar və sinif rəhbərləri iştirak ediblər.
İclasa məktəbin direktoru Xoşqədəm Məmmədova öz çıxışı ilə başlayıb. O, gündəlikdə duran məsələlər ilə bağlı müəllimləri məlumatlandırıb.
GÜNDƏLİKDƏ DURAN MƏSƏLƏLƏR.
1. IX və IV siniflərdə keçirilmiş monitorinqlərin nəticələri və onun müzakirəsi.
2.Məktəblilərin fənn olimpiadalarının məktəb və rayon turlarının müzakirəsi
3.Təhsilalanların dərsə davamiyyəti və nizam - intizam qaydalarına riayət olunması istiqamətində valideynlərlə əməkdaşlığın təmin edilməsi.
4.Sinif rəhbərlərinin vəzifə öhdəlikləri ilə bağlı işinə nəzarətin artırlması, zəif oxuyan şagirdlərin təlim nəticələrinin artırılması. istiqamətində görülən işlər.
5. Buraxılış imtahanlarına hazırlıq vəziyyəti, şagirdlərin imtahanlara psixoloji və akademik baxımından daha yaxşı hazırlaşması üçün görülən tədbirlər.
İclasda iştirak edən hər iki müavin hesabatla çıxış edərək gündəlikdə qeyd olunan məsələlər barədə , həmçinin, məktəbdaxili problemlər və onların aradan qaldırılması istiqamətində görüləcək işlər barədə məlumat veriblər