IV sinif şagirdləri ilə psixodiaqnostik iş

Məktəbin psixoloqu Aytən Məmmədova IV sinif şagirdləri ilə monitorinq öncəsi həyəcanın idarə edilməsi məqsədilə psixoprofilaktik görüş təşkil edib.

Şagirdlərə imtahan öncəsi həyəcanının, imtahan zamanı vaxtın düzgün idarə edilməsi və nəfəs texnikaları istiqamətində psixoloji tövsiyələr verilib.

Daha sonra sinif rəhbərləri ilə keçirilən anket sorğu əsasında təlim prosesində çətinlik çəkən şagirdlər müəyyən olunub. Həmin şagirdlərlə diqqətin konsentrasiyası istiqamətində psixokorrektiv məşğələlər təşkil olunub. Məşğələlər zamanı şagirdlər qruplara bölünərək birgə əməkdaşlığa cəlb olunublar. Bu həm də şagirdlərin ünsiyyət və komanda ruhunda fəaliyyət bacarıqlarının inkişaf etdirilməsinə xidmət edib. 

   Psixoprofilaktik seminarlarda 79 nəfər, psixokorrektiv məşğələlərdə isə 19 nəfər şagird iştirak edib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi