1 Mart Ümumdünya Mülki Müdafiə Günüdür

Məktəbin Gənclərin Çağırışaqədərki Hərbi Hazırlıq müəllimi Emin Əliyevin təşkilatçılığı ilə “1 Mart Ümumdünya Mülki Müdafiə Günü” nə həsr olunmuş xüsusi dərs keçirilib. Dərs XI sinif şagirdləri arasında təşkil edilib.

Məktəbin hərbi hazırlıq müəllimi şagirdlərə 1 Mart Ümumdünya Mülki Müdafiə Günü ilə bağlı ətraflı məlumat verib. O, əhalinin yarana biləcək fövqəladə hallara hazır olması, fövqəladə hallar zamanı düzgün davranış qaydaları, özünə və digərlərinə ilkin tibbi yardım göstərilməsi barədə geniş izahat verib.

Bundan əlavə, dərs zamanı yanğın təhlükəsizliyi qaydaları, müəllim və şagirdlərin bu istiqamətdə təlimatlandırılması, eləcə də dəm qazının yaranma səbəbləri və bu zaman davranış qaydaları haqqında ətraflı təlimatlar aparılıb.

Sonda təbii və texnogen fövqəladə hallar zamanı şagird və müəllimlərin təhlükəsiz şəkildə təxliyə edilməsi ilə bağlı göstərişlər verilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi