Xocalı faciəsini unutmadiq

26 fevral 2025-ci il tarixində Xocalı faciəsinin 33-cü ildönümü ilə əlaqədar məktəbin tədbirlər planı hazırlanaraq təsdiq edilib.
Tədbirlər planına uyğun olaraq, faciə qurbanlarının əziz xatirəsini anmaq məqsədilə məktəbdə xüsusi dərslər, "Dəyirmi masa" və rəsm müsabiqəsi təşkil olunub.
Xüsusi dərslər zamanı əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra Vətənimizin suverenliyi, ərazi bütövlüyü və torpaqlarımızın müdafiəsi uğrunda canından keçmiş şəhidlərimizin, eləcə də Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbir çərçivəsində Xocalı faciəsini və Azərbaycanın Vətən müharibəsində qazandığı şanlı qələbəni əks etdirən videoçarx və təqdimatlar nümayiş etdirilib.