Musiqi incəsənətimizdir

Məktəbimizdə fəaliyyət göstərən 1 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin Publik Hüquqi şəxsin İntellektin İnkişafı dərnəyinin dərnək rəhbəri Əhmədova Vüsalə və dərnək üzvləri tərəfindən hazırlanmış “Musiqimiz İncəsənətimizdir“ “Üzeyir Hacıbəyova “həsr olunmiş tədbir keçirilib.
Tədbirdə ilk öncə Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və şagirdlərin ifasında şəhidlərimizin xatirəsinə həsr olunmuş “ Xarı bülbül” rəqsi ifa olunub. Ulu Öndər Heydər Əliyevin Üzeyir Hacıbəyov haqqında söylədiyi dəyərli sözlərindən hazırlanmış videoçarxla başlayan tədbirdə həmçinin şagirdlərimizin hazırladığı “Sənsiz”, “Arşın mal alan”, “Uzundərə” və “ Cəngi “ musiqi əsərlərinə qurulmuş rəqləri ilə davam ediblər.
Tədbirin sonunda məktəb direktoru Xoşqədəm Məmmədova tərəfindən Vüsalə müəllimə məktəbdə fəal iştirakına görə Fəxri fərmanla təltif olunub. Şagirdlərimizə ugurlar arzu edirik.