Monitorinq nəticələrinin təhlili

10.02.2025-ci il tarixində məktəbdə III-IV siniflər üzrə Azərbaycan dili, riyaziyyat və ingilis dili fənlərindən monitorinq keçirilib.
Bu gün məktəbin direktoru Xoşqədəm Məmmədovanın rəhbərliyi ilə monitorinqin nəticələri təhlil edilib. Təhlil zamanı şagirdlərin zəif nəticə göstərdiyi suallar müzakirə olunub və həmin mövzular üzərində daha fəal işləmələri üçün müəllimlərə müvafiq tövsiyələr verilib.