İlk dərslər Vətən şəhidlərinə həsr olunub
Məktəbin tədbirlər planına uyğun olaraq 20 Yanvar faciəsinin otuz beşinci ildönümü ilə əlaqədar 17 yanvar ilk dərslər 20 faciəsinə həsr olunub.
Tədbirdə ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, daha sonra Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Şagirdlərin təqdimatında vətənpərvərlik mövzusunda şeirlər dinlənilib. Sonda 20 Yanvar faciəsinə həsr olunmuş videoçarxlar nümayiş olunub.