Gigiyena və sağlam qidalanma sağlamlığın əsasıdır

Məktəbin psixoloqları Aytən Məmmədova və Zülfiyyə Məsimova VIII sinif şagirdləri ilə Reproduktiv sağlamlıq mövzuduna dair "Gigiyena və düzgün qidalanma sağlamlığın əsasıdır" başlığı altında seminar məşğələlər təşkil ediblər.
Şagirdlərə gigiyena barədə zəruri informasiyalar, şəxsi və ümumi gigiyena qaydaları, ətraf mühitin insan sağlamlığına təsiri izah olunub. Belə ki, müntəzəm gigiyenik prosedurların yeniyetməliklə bağlı bir çox problemlərdən və xəstəliklərdən qorunmasından danışılıb. Bir sıra dəri problemləri, infeksion xəstəliklər, yeniyetməlik dövründə cinsi hormonların təsiri nəticəsində dəri yağlanmasının artması və sızanaqların (akne) yaranması, sızanaqların profilaktikası və qarşısının alınması, diş təmizliyi, saç və üzə qulluq qaydaları, zərərli vərdişlərin reproduktiv sağlamlığa mənfi təsiri, düzgün yuxu rejimi, yeniyetməlik dövründə skeletin sümükləşmə prosesi, bədənin uzun müddət düzgün olmayan vəziyyətdə olması və birtərəfli yüklənməyə məruz qalması nəticəsində fəqərələrdə və bel sütununda yaranan əyrintilər (kifoz, skolioz və lordoz), düzgün qidalanma və s. barədə şagirdlərlə geniş söhbət aparılıb.