"Gəncliyin ilk baharı"

Bu gün məktəbin psixoloqları Aytən Məmmədova və Zülfiyyə Məsimova IX sinif şagirdləri ilə Reproduktiv sağlamlıq mövzusuna dair "Gəncliyin ilk baharı" adlı məşğələlər təşkil ediblər.

Şagirdlərə yetişkənlik dövrünün əsas əlamətləri, psixoemosional sahədə baş verən dəyişikliklər şərh edilib. Daha dəqiq desək yeniyetməlik dövründə baş verən dəyişikliklər, cinsi dəyişkənlik, fiziki dəyişkənlik, düşünmə qabiliyyətində dəyişkənliklər, davranışda (sosial və qarşılıqlı təsirlərdə, münasibətlərdə) dəyişikliklər və s. barədə ətraflı danışılıb. 

 Məşğələ zamanı həmçinin yatmaq vərdişlərindən də söz açılıb. Yeniyetmələr kifayət qədər yatmalı və istirahət etməlidirlər. Yuxunun çatışmazlığı və ya pis keyfiyyəti onların fikirləşmə, konsentrasiya, dərsdə iştirak qabiliyyətinə mənfi təsir göstərir. Buna görə onlara yardım göstərmək lazımdır ki, vaxtında yatağa getsinlər, yatmazdan qabaq aktivliyi azaltsınlar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi