Ölkəmizdə matəm elan olunub
2024-cü il dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı olmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2024-cü il dekabrın 26-da Azərbaycan Respublikasının ərazisində matəm elan olunması ilə bağlı Sərəncam imzalayıb.
Bu gün məktəbin şagird və müəllim kollektivi saat 12:00-da təyyarə qəzasında dünyasını dəyişənlərin xatirəsini dərin hüzünlə bir dəqiqəlik sükutla yad ediblər.