"Qədim türk diyarı Naxçıvan" xüsusi dərs

"Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2023-cü il tarixli 4248 nömrəli Sərəncamına əsasən məktəbin tədbirlər planı hazırlanaraq təsdiq olunub.

Bu gün məktəbimizdə Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 illik yubileyi münasibətilə tarix müəllimi Aynurə Osmanovanın təşkilatçılığı ilə “Qədim türk diyarı Naxçıvan” adlı xüsusi dərs keçirilib. 

Tədbirdə ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirib.

Fənn müəllimi A.Osmanova şagirdlərə Naxçıvan Muxtar Respublikasının tarixi və etimologiyası haqqında geniş məlumat verib.

Dərsdə uşaqlar Naxçıvanın keçdiyi misilsiz inkişaf yolunu əks etdirən videoçarxa baxıb, təqdimatlarla çıxış edib, şeirlər söyləyiblər.

Sonda tədbirdə Hüseyn Əzimin "Barı Naxçıvan" mahnısı səsləndirilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi