"Qədim türk yurdu Naxçıvan" xüsusi dərs

Naxçıvan aylığı çərçivəsində məktəbin tədbirlər planı hazırlanaraq təsdiq olunub.

Bu gün məktəbimizdə Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 illik yubileyi münasibətilə tarix müəllimi Fəridə Osmanovanın təşkilatçılığı ilə “Qədim türk yurdu Naxçıvan” adlı xüsusi dərs keçirilib. 

Tədbirdə ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirib.

Fənn müəllimi F.Osmanova Naxçıvanın tarixi, mədəni irsi, memarlıq abidələri, görkəmli şəxsiyyətləri, Muxtar Respublikanın Azərbaycanın siyasi tarixində yeri və digər məsələrələrlə bağlı uşaqlara ətraflı məlumat verib. Şagirdlər “Naxçıvanın mədəniyyət abidələri”, “Qədim Azərbaycan şəhəri Naxçıvan”, “Naxçıvanın tarixi şəxsiyyətləri”, “Ordubad Azərbaycanın incisidir” və başqa mövzularda təqdimatlarla çıxış edib, şeirlər söyləyiblər. Naxçıvan Muxtar Respublikasının tarixindən bəhs edən videoçarx izləyiblər.

Sonda tədbirdə Məmməd Arazın “Mənim Naxçıvanım” şeiri səsləndirilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi