Bullinqə qarşı birlikdə mübarizə aparaq
Məktəbimizdə bullinqə qarşı silsilə tədbirlər həyata keçirilir. Bullinq hallarının vaxtında aşkarlanması və bulinqə qarşı qabaqlayıcı tədbirlərin görülməsi məqsədilə məktəbin psixoloqları mütəmai olaraq şagirdlərlə psixodiaqnostik işlər aparır, nəticələrini təhlil edir, müvafiq tədbirlər həyata keçirirlər.
Məktəbin psixoloqu Aytən Məmmədova IX sinif şagirdləri ilə "Bullinqə qarşı birlikdə mübarizə aparaq" başlığı altında maarifləndirici seminarlar təşkil edib. Şagirdlərə bullinq və onun növləri, bullinqin komponentləri, bullinq hallarının digər konfliktlərdən fərqi, bullinq və mobbinq arasındakı fərqlər, məktəb bullinqi, uşaqlara qarşı zorakılıq, bullinqə daha çox məruz qalan risk qrupları, bullinqə qarşı mübarizə yolları və s. barədə geniş mətumat verilib. Bildirilib ki, bullinqə məruz qaldıqda və ya şahidi olduqda atılacaq ən doğru addım məktəb rəhbərliyi və məktəb psixoloquna vaxtında məlumat verməkdir.
Şagirdlərə həmçinin bullinq məzmunlu situasiyalardan nümunələr gətirilib, onlarda sosial məlumatlılıq yaradılıb, yəni empatiya hissi aşılanıb.
Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.