Bullinqə qarşı mübarizə

 Son zamanlar dünyanın bütün ölkələrində təhsil müəssisələrində müşahidə olunan ən qabarıq problemlərdən biri təhsilalanların təzyiq və aqressiv davranışların hədəfi olmasıdır. Onlardan biri də bullinq hadisəsidir. Bullinq- güc bərabərsizliyi şəraitində mütəmadi olaraq bir insanın qəsdən başqa bir insana zərər verdiyi aqressiv davranış formasıdır. Buna ad qoymaq, ələ salmaq, sataşmaq, şayiələr yaymaq, döymək, əşyaları götürmək və s. davranışlar daxildir. Bullinqin bir digər mənası da təklənmək deməkdir. Təəssüflər olsun ki, bir çox uşaqlar gec-tez bullinqlə rastlaşa bilər: ya qurban, ya incidilən şəxs,ya da şahid kimi. Yəni həm onlayn, həm də reallıqda. Bütün bu rollar uşağın şəxsiyyətinə dağıdıcı təsir göstərir.  Bu kimi neqativ halların qarşısının vaxtında alınması məqsədilə məktəbimizdə bullinqə qarşı mübarizə tədbirləri gücləndirilib.

Belə ki, məktəbin psixoloqu Aytən Məmmədova mütəmadi olaraq yuxarı sinif şagirdləri ilə bullinqin müəyyən edilməsi məqsədilə "İllinoins Bullinq Şkalası" adlı psixodiaqnostik işlər aparır, diaqnostik işləri təhlil etdikdən sonra müvafiq tədbirlər görür, şagirdlərlə silsilə maarifləndirici və psixoprofilaktik söhbətlər aparır.