"Naxçıvan aylığlı"
Məktəblərdə "Naxçıvan aylığı"nın elan olunması ilə əlaqədar məktəbimizdə silsilə tədbirlər keçirilib.
Bu məqsədlədə Azərbaycan dili müəllimi Elnurə Haqverdiyevanın təşkilatçılığı ilə 6A sinfində Naxçıvan Muxtar Respublikasınin 100 illik yubileyi ilə bağlı tədbir keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının yaradılması, onun tarixi, mədəni irsi və tarixi abidələrini özündə əks etdirən sənədli film nümayiş olunub.
Tədbirin keçirilməsində məqsəd Naxçıvanın zəngin tarixi, tarixi abidələri, etimologiyası haqqında şagirdlərə məlumat vermək, görkəmli xadimlərinin xidmətlərini onların diqqətinə çatdırmaqdan ibarət olub.