Korrupsiyaya qarşı mübarizə mövzusunda maarifləndirici söhbət
Ölkəmizdə korrupsiyaya qarşı mübarizə tədbirlərinin davamlı olmasını təmin etmək, rüşvətxorluğa şərait yaradan halların qarşısının alınması məqsədi ilə islahatlar aparılır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 4 aprel 2022-ci il tarixli Sərəncamı ilə “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-ci illər üçün Milli Fəaliyyət Planı” təsdiq edilib.
"Milli Fəaliyyət Planı" nın icrası məqsədilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 22.02.2024- cü il tarixli, 3-29/3-2-78 F/2024 nömrəli əmri ilə nazirliyin iş planına əsasən məktəbin tədbirlər planı hazırlanıb təsdiq edilib.
Tədbirlər planına əsasən Korrupsiyaya qarşı mübarizə mövzusunda məktəbin pedoqoji kollektivi və valideynləri ilə maarifləndirici söhbət aparılıb.
Tədbirdə çıxış edən məktəbin direktoru Xoşqədəm Məmmədova korrupsiya cəmiyyətin hər bir sahəsində inkişafa mane olan əsas faktorlardan biridir. Korrupsiyanın mövcud olması milli və ümumbəşəri dəyərlərə xələl gətirməklə yanaşı, demokratik və hüquqi dövlət strukturuna zərbə vurur. Korrupsiya halları dürüstlük, ədalət dəyərlərinə ziddir və zamanla sosial inamı azaldır, cəmiyyətin rifahını təhdid edir, sosial-iqtisadi inkişafa mane olan cinayət əməli kimi qiymətləndirilir.