"Narkomaniya ilə mübarizə"

Bu gün məktəbin Çağırışaqədərki hərbi hazırlıq rəhbəri Emin Əliyev və psixoloq Aytən Məmmədovanın birgə təşkilatçılığı ilə "Gənclərin Vətəni qorumağa mənəvi-psixoloji hazırlığı" istiqamətində maarifləndirici tədbir təşkil olunub.

Tədbirdə həmçinin Binəqədi rayonu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti əməkdaşları leytenanat Toğrul Həsənov və baş gizir Sadiq İsmayılov iştirak ediblər. Emin Əliyev öz çıxışında bu istiqamətdə aparılan silsilə tədbirlərin məqsədinin vətənpərvərlik, milli-mənəvi şüurun təbliği və aşılanması məsələsinin daim diqqət mərkəzində saxlaması olduğunu qeyd edib. İctimai səciyyə daşıyan vətənpərvərlik tərbiyəsi şagirdlərin vətəndaş kimi formalaşmasında , öz Vətəninin ləyaqətini qorumaqda mənəvi təsir gücünə malik olduğunu bildirib. Psixoloq Aytən Məmmədova çıxışı zamanı qeyd edib ki, vətəndaşlıq hissi vətənpərvərliyin yüksək təzahür formasıdır. Tarixişi keçmişimizə nəzər salsaq görərik ki, xalqımız əsil vətənpərvərliyin formalaşması üçün vacib şərtlər olan milli qürur hissi və ləyaqətini, tarixi yaddaşını, milli adət və ənənələrini qoruyub saxlaya bilmək naminə güclü müqaviməti dəf etməli olurdu. Lakin tarixin sonrakı axarı göstərdi ki, nəsildən-nəslə keçərək əsrlər boyu yaranmış , inkişaf etmiş, ən dərin hiss və duyğuya çevrilmiş Azərbaycan xalqının bu nəcib vətənpərvərlik hissi güclü müqaviməti dəf etməyi bacarır və öz azadlığına, müstəqilliyinə, ərazi bütövlüyünə, suverenliyinə, mədəniyyətinə, milli-mənəvi dəyərlərinə sahib çıxmaqda israrlıdır. 

    Tədbirdə Binəqədi rayonu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin zabiti leytenant Toğrul Həsənov öz çıxışında gənc nəslin sağlam vətəndaş kimi formalaşmasında sağlam düşüncə və sağlam həyat tərzinin önəmini vurğulayıb. Bu istiqamətdə görülən ən önəmli işlərdən biri də narkomaniya ilə mübarizənin olduğunu qeyd edib. Şagirdlərə narkomaniyanın fəsadlarından danışan Toğrul Həsənov bunu təkcə bəşəriyyətin sağlamlığına, mənəvi dünyasına deyil, qlobal dünya iqtisadiyyatına da narkoticarət yolu ilə ağır və sağalmaz yaralar vurduğunu da şagirdlərin diqqətinə çatdırıb. Belə ki, narkotik maddələrin qanunsuz dövriyyəsi cinayətkarlığın artmasına səbəb olmaqla yanaşı, həm də terrorizmin maliyyə mənbəyi kimi beynəlxalq təhlükəsizliyə də ən ciddi təhdidlərdən biri kimi çıxış edir. Çox təəssüflər olsun ki, vaxtilə işğala məruz qalmış Dağlıq Qarabağ və ətraf ərazilərdə də xeyli sayda narkotik labaratoriyaları fəaliyyət göstərmişdir. Düşmən silahlı münaqişə nəticəsində nəzarətsiz qalmış Azərbayan ərazilərindən narkotiklərin becərilməsi, satılması və tranziti, eyni zamanda transmilli cinayətlərin həyata keçirilməsi üçün nəzarətsiz zona kimi istifadə etmiş, hər il dünya bazarına on min tonlarla narotik maddə çıxarmışdır. Ölkəmiz isə öz ərazi bütövlüyünü bərpa etdikdən sonra da bütün sahələrdə olduğu kimi, narkomanlıq və narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində də məqsədyönlü, ardıcıl və təxirəsalınmaz addımlar atmışdır. 

   Tədbirin sonunda şagirlərin fikirləri dinlənilib, sualları cavablandırılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi