"Qələbən mübarək Azərbaycan"

Məktəbin tədbirlər planına uyğun olaraq 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi publik hüquqi şəxsin İntellektual İnkişaf dərnəyinin rəhbəri Əhmədova Vüsalə, məktəbin sinifdənxaric və məktəbdənkənar tərbiyə işləri üzrə direktor müavini Vüsalə Rəcəbovanın təşkilatçılığı ilə 8 noyabr-Zəfər Günü ilə bağlı "Qələbən mübarək Azərbaycan" adlı ədəbi-bədii kompozisiya keçirilib.   

Məktəbdə Zəfər Gününə həsr olunmuş “Dəyirmi masa”lar, “Açıq dərs”lər, sinif təşkilat saatları və rəsm sərgiləri təşkil olunub.

Tədbirdə ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Vətən şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirin təşkilatçısı V. Rəcəbova çıxış edərək bildirib ki, 44 günlük Vətən müharibəsində qazanılan Zəfər dövlətçilik tariximizin ən şanlı səhifələrindən biridir. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin liderliyi ilə son 200 ilin ən böyük qələbəsini qazandıq. Bu Qələbə hər bir azərbaycanlı üçün sonsuz qürur mənbəyidir və tariximizdə əbədi qalacaq. Zəfər Günü Azərbaycanın dövlət müstəqilliyinin, suverenliyinin, gücünün və qüdrətinin rəmzidir. Adı dünya hərb tarixinə qızıl hərflərlə yazılan müzəffər ordumuz 44 günlük Vətən Müharibəsi ilə bütün dünyaya cəsarətli və ədalətli müharibə aparmağın örnəyini göstərdi, heç bir halda mülki əhalini hədəf seçmədiyini nümayiş etdirdi.

Tədbirdə qələbəyə həsr olunmuş videoçarxlar nümayiş olunub. Daha sonra şagirdlərin ifasında vətənpərvərlik mövzusuna həsr olunmuş şeir, mahnı və rəqs nümayiş olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi