IX siniflərdə valideyn iclası

Bu gün 9C sinfində valideyn iclası keçirdən Vəfa Mustafayeva sinif şagirdlərinin təlim nailiyyətləri, dərsə münasibətləri və davranışları haqqında valideynləri məlumatlandırıb. Məktəbin direktor müavinləri iclasda iştirak edərək bildiriblər ki, dərs ilinin sonunadək rəhbərlik tərəfindən bütün fənlər üzrə böyük summativ qiymətləndirmə təşkil olunacağı haqqında valideynlərə xatırlatma edib.

Daha sonra isə ümumi təhsil müəssisəsində şagird təhlükəsizliyinin təmin olunması, şagird davranış qaydalarının təbiqinə dair qaydalar və prosedurlar barədə valideynləri yenidən məlumatlandırıb, şagirdlərin etik davranışları, davamiyyət və punktuallıq, qadağan olunmuş əşyaların məktəbə gətirilməməsi, məktəbli geyim qaydalarının təsvirləri barədə geniş söhbətlər aparıb. Şagird təhlükəsizliyinin tmin olunmasında valideynlərin rolu və öhdəliklərini vurğulayıb.

Valideynlərin təklif, arzu və istəkləri dinlənilib, sualları cavablandırılıb. Valideyn-şagird-müəllim üçbucağının inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb. Məktəbin psixoloqu Aytən Məmmədova öz çıxışında yeniyetmə yaş qrupu olan şagirdlərlə görüləcək profilaktik tədbirlər barədə məlumat verib, cinsi yetişkənlik dövrünün fizioloji və psixoloji xüsusiyyətlərindən danışıb, bu yaş dövründə valudeyn-övlad, müəllim-şagird, şagird-şagird münasibətlərində yaranan çətinliklər və həmin çətinliklərin aradan qaldırılması istiqamətində psixoloji tövsiyələr verib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi