VIII sinif valideynləri ilə "Repreduktiv sağlamlıq" mövzusunda söhbət
VIII siniflərin rəhbərləri tərəfindən təşkil olunmuş valideyn iclaslarında məktəbin psixoloqları Aytən Məmmədova və Zülfiyyə Məsimova iştirak ediblər. Görüşün əsas məqsədi cinsi yetişkənlik dövrünə girmiş yeniyetmə yaş qrupu olan şagirdlərin valideynləri ilə "Reproduktiv sağlamlıq" mövzusunda maarifləndirmə işlərini təşkil etməkdir. Valideynlər il ərzində bu istiqamətdə görüləcək tədbirlər barədə məlumatlandırılıb, "Reproduktiv sağlamlıq nədir?", "Reproduktiv sağlamlığa mənfi təsir göstərən amillər hansıladır?", "Övladlarımızın reproduktiv sağlamlığını qorumaq üçün biz valideyn olaraq nələrə diqqət yetirməliyik?" və s. kimi suallar ətrafında müzakirələr aparılıb, valideynlərin fikirləri dinlənilib, sualları cavablandırılıb, müvafiq tövsiyələr verilib.