Psixoloqun şagirdlərlə görüşü
Məktəbin psixoloqu Aytən Məmmədova dərsə gecikən şagirdlərlə görüş təşkil edib. Şagirdlərin dərsə gecikmə səbəbləri öyrənilib. Gecikmə hallarının aradan qaldırılması istiqamətində müvafiq tövsiyələr verilib. Bildirilib ki, gecikmə halları məktəbin nizam-intizam sisteminə mənfi təsir göstərən amillərdən biridir, bu zaman şagird tədris mühitində digər şagird yoldaşlarının öyrənmə prosesinə də mane olmuş olur. Şagird davranış qaydaları şagirdlərin diqqətinə yenidən çatdırılıb,qaydaları pozmağın yolverilməz olduğu bildirilib.