"Tütün və alkoqol digər psixoaktiv vərdişlərə yox deyək"

   Bu gün məktəbin psixoloqu Zülfiyyə Məsimova və tibb işçisi Rəmziyyə Əliyeva tərəfindən 10 A sinfi ilə görüş təşkil olunub.

  Şagirdlərlə "Tütün və alkoqol və digər psixoaktiv vərdişlərə yox deyərək mənəvi dəyərlərimizi qoruyaq " mövzusunda söhbət aparılıb.

  R.Əliyeva çıxış edərək bildirib ki,  tütün çəkənlərlə yanaşı, bu zərərli vərdişin aludəsi olmayan yeniyetmələrin ictimai məkanlarda, evlərdə tütün tüstüsünün ziyanlı təsirinə məruz qalması onların səhhəti üçün ciddi təhlükə yaradır. Tədbirdə bir daha vurğulandı ki, ölkəmizdə tütün məmulatlarından istifadənin məhdudlaşdırılması haqqında qəbul olunan qanun əhalinin sağlamlığının qorunması sahəsində və ikincili tütünçəkmənin artan təhlükələrinə qarşı daha məqsədyönlü mübarizə aparılmasına şərait yaradır.Uşaqlara bu kimi vərdişlərin fəsadları haqqında məlumat verilib. Tədbirdə sağlam həyat tərzinin vacibliyi vurğulanıb. Mövzuya uyğun videoçarx izlənilib şagirdlərin sualları cavablandırılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi