"Deviant davranışların profilaktikası" mövzusunda tədbir

Ümumi təhsil müəssisəsində şagird təhlükəsizliyini təmin etmək və şagird davranış qaydalarının tətbiqi istiqamətində görüləcək işləri gücləndirmək məqsədilə bir sıra tədbirlər həyata keçirilir. Belə ki, məktəbin psixoloqları tərəfindən uşaq və yeniyetmə yaş qrupu olan şagirdlərlə mütəmadi olaraq "Deviant davranışların profilaktikası" və "Şagird davranış qaydaları" mövzusunda maarifləndirici tədbirlər və seminarların təşkili davam etməkdədir. Bu məqsədlə məktəbin psixoloqları Aytən Məmmədova və Zülfiyyə Məsimova VI-VII sinif şagirdləri ilə mövzu bağlı maarifləndirici seminarlar təşkil ediblər, profilaktik söhbətlər aparıblar. Bildiriblər ki, deviant davranış cəmiyyət tərəfindən qəbul edilmiş sosial normalardan kənara çıxma halıdır. Deviant davranışlara xuliqanlıq, yollarda ehtiyatsızlıq, narkomaniya, alkoqol və ya siqaretdən asılılıq, maddələrdən sui-istifadə, nalayiq davranış, vəhşilik, qumar asılılığı və s. aiddir.
Qısaca deviant davranış hüquqi müstəvidə qiymətləndirilməyən normadankənara çıxma davranışlardır.
Daha sonra şagird davranış qaydaları barədə şagirdlərə yenidən ətraflı məlumat verilib, qaydaların hər bir bəndi onların diqqətinə çatdırılıb.