"Təhlükəsiz informasiya axtarışı" mövzusunda seminar

Məktəbin biologiya müəllimi Sədaqət Nuriyeva və məktəb psixoloqu Aytən Məmmədovanın birgə təşkilatçılığı ilə IX sinif şagirdləri ilə Reproduktiv sağlamlıq mövzusuna həsr olunmuş "Təhlükəsiz informasiya axtarışı" adlı seminar məşğələlər keçirilib.
Məşğələlər ümumitəhsil müəssisələrinə göndərilmiş təlimata uyğun həyata keçirilib. İlk öncə "Reproduktiv sağlamlıq deyəndə nə nəzərdə tutulur?" sualı ətrafında danışılıb, gələcəkdə sağlam nəslin dünyaya gəlməsində nəsilartırma qabiliyyətinin zərər görməməsinin önəmi şagirdlərin diqqətinə çatdırılıb. Bildirilib ki, reproduktiv sağlamlığa laqeyd yanaşma gələcəkdə xəstə uşaqların dünyaya gəlməsilə nəticələnə bilər. Daha sonra şagirdlərə etibarlı informasiya mənbələri barədə məlumat verilib, cinsi yetişkənlik dövrünün fizioloji və psixoloji xüsusiyyətləri izah olunub, reproduktiv sağlamlığın qorunması istiqamətində düzgün gigiyena qaydaları, yuxu rejimi və düzgün qidalanma, zərərli vərdişlər və təsadüfi dostluqlardan uzaq durmanın da atılacaq önəmli addımlar olduğu bildirilib.