"Təbiəti sevək və qoruyaq"mövzusunda əl işləri
"Yaşıl dünya naminə həmrəylik ili" ilə əlaqədar "Məktəblərdə Ekologiya aylığı" çərçivəsində bir sıra tədbirlər, "Açıq dərs"lər, sərgilər təşkil olunub.
Məktəbin ibtidai sinif müəllimi Səadət Adnalıyevanın rəhbərlik etdiyi məktəbəqədər sinif şagirdlərinin "Təbiəti sevək və qoruyaq" mövzusunda əl işləri nünayiş olunub.
S.Adnalıyeva mövzu haqqında şagirdlərə məlumat verib. Müsabiqədə uşaqlar sağlam gələcək üçün təmiz və yaşıl dünya ilə bağlı rəsmlər çəkiblər. Balaca fidanlar hazırladıqları rəsmləri böyük həvəslə nümayiş etdiriblər.