"Ekoloji problemlərin həlli yolları" mövzusunda xüsusi dərs
Cop29- "Yaşıl Dünya naminə həmrəylik ili" ilə əlaqədar "Məktəblərdə Ekologiya aylığı" nın keçirilməsi çərçivəsində məktəbdə bir sıra tədbirlər, "dəyirmi masa" lar, sinif təşkilat saatları, nümunəvi dərslər nəzərdə tutulub.
Bu gün məktəbin biologiya müəllimi Sədaqət Nuriyevanın təşkilatçılığı ilə "Ekoloji problemlərin həlli yolları" mövzusunda xüsüsi dərs keçib.
Dərs zamanı şagirdlərin hazırladıqları təqdimatlar nümayiş olunub. Həmçinin fənn müəllimi S. Nuriyeva COP 29 nədir? mövzusunda şagirdlərə ətraflı məlumat verib.