"Ekoloji tarazlığın qorunması bərpası" mövzusunda nümunəvi dərs

   2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası ilə əlaqədar cari ilin oktyabr ayı ərzində “Məktəblərdə ekologiya ayı” layihəsinə start verilib.

   Bu məqsədlədə məktəbin həyat bilgisi müəllimi Vəfa Mustafayeva 8A sinifdə "Ekoloji tarazlığın qorunması bərpası" mövzusunda "Açıq dərs" təşkil edib. 

   Açıq dərsdə məqsəd şagirdlərin ətraf mühitə vurulan ziyanların aradan qaldırılması məsələsinə münasibət bildirmək olub. Şagirdlər əvvəlki illərlə indiki ilin arasında ekoloji fərqə öz münasibətlərini bildiriblər və nəticəyə gəliblər ki, ekologiyanın pozulmasında məhz insan faktoru dayanır.

 "Açıq dərs"in keçilməsində məqsəd şagirdləri ekologiya və ətraf mühit haqqında məlumatlandırmaq, onların biliklərini təkmilləşdirməkdir.

 Dərs zamanı ətraf mühitin mühafizəsi və ekoloji məsələlərlə bağlı şagirdləri maraqlandıran suallar cavablandırılıb. Şagirdlər hazırladıqları referat və divar qəzetlərini nümayiş etdirib. Sonda dərslə bağlı videoçarx izləyiblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi