"Təhlükəsizlik günü" tədbir

Ümumi təhsil müəssisələrində şagird təhlükəsizliyi barədə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən daxil olmuş 08.10.2024-cü il tarixli əmrə əsasən məktəbimizdə "Təhlükəsizlik günü" adı altında tədbirlər keçirilib.

     Belə ki, NİŞ üzvləri tərəfindən monitorinqlər təşkil olunub, şagird çantalarına baxış keçirilib, qadağan olunmuş əşyaların (saat, kosmetik vasitələr və digər aksesuarlar) məktəbə gətirilməsinin qarşısı alınıb, dərs prosesindən öncə telefonların yığılması, təhlükəsiz şəraitdə qorunub saxlanılması, dərs prosesindən sonra təhvil verilməsi təmin olunub, məktəbli geyim qaydaları yoxlanılıb, qaydaları pozan şagirdlərə bir daha xəbərdarlıq edilib, şagird davranış qaydaları onların diqqətinə yenidən çatdırılıb. Daha sonra məktəbin psixoloqu Aytən Məmmədova məktəbdə təhlükəsiz və sağlam psixoloji mühitin formalaşmasına dəstək olmaq məqsədilə X sinif şagirdləri ilə "Bullinq" və "Kiber təhlükəsizlik" mövzularında maarifləndirici seminarlar təşkil edib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi