Ümumdünya Psixi Sağlamlıq Günü

        Məktəbin psixoloqları Aytən Məmmədova və Zülfiyyə Məsimova 10 Oktyabr Psixi Sağlamlıq günü ilə bağlı şagirdlərlə maarifləndirmə işləri təşkil ediblər. Şagirdlərə psixi sağlamlığın qorunması istiqamətində bir sıra tövsiyələr verilib.

     Həmçinin qeyd olunub ki, sağlam həyat tərzi, düzgün yuxu rejimi, düzgün qidalanma, idman və piyada gəzinti, sevimli məşğuliyyət və yaradıcılıq işləri, zərərli vərdişlərdən uzaq durmaq, təsadüfi dostluqlardan qaçınmaq və s. psixi sağlamalığı şərtləndirən önəmli amillərdir. Bundan əlavə psixi sağlamlığın aşağıdakı əlamətləri şagirdlərə sadalanıb:

• Yaşa uyğun düşünə və davrana bilmək.

• Duyğu və düşüncələrini doğru ifadə edə bilmək.

• Başqalarını anlamaq və qəbul edə bilmək.

• Harada necə davranacağını idarə edə bilmək.

• Həqiqəti olduğu kimi qəbul edə bilmək, şərtləri nəzərə alaraq hərəkət etmək.

• Hadisə və vəziyyətlər qarşısında emosional cəhətdən sərbəst hərəkət edə bilmək.

• Problemlərə realist həll yolları ilə yanaşa bilmək.

• Hadisə və problemlər qarşısında onların təbiətinə uyğun reaksiya verə bilmək.

• Özünü tanımaq, özünü dəyərli hiss etmək, sevmək, məhdudiyyətlərin fərqində olmaq, uğursuzluqlarını qəbul etmək və yenidən hərəkətə keçə bilmək.

• İşləməyi sevmək, özünü yaradıcı hala gətirmək potensialını sərhədlərinə görə istifadədə etməyi bacarmaq

• Özünü aktuallaşdırmaq və buna çatmaq üçün cəhd göstərmək

• Həyatı yaşamağa dəyər görmək.

• Özünü başqalarından üstün tutmamaq və başqalarını əzməyə çalışmamaq.

• Yumor hissinə sahib olmaq, özü ilə bağlı zarafatlar edə bilib özü ilə sülh içində olmaq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi